RU

Türk Ədliyyə Təlim Şəbəkəsinə Azərbaycanın sədrliyi çərçivəsində beynəlxalq konfrans keçirilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türk Ədliyyə Təlim Şəbəkəsinə (TƏTŞ) Azərbaycanın sədrliyi çərçivəsində Bakıda "Hüquq münasibətlərində transmilli aspektlər: Müasir çağırışlar və hədəflər" mövzusunda beynəlxalq konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzləri və akademiyaları, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumları iştirak edirlər.
Şəbəkənin üzv ölkələrinin hakimlərinin, ədliyyə və prokurorluq işçilərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda aktivlərin bərpası prosesinin səmərəliliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Türk Ədliyyə Təlim Şəbəkəsi (TƏTŞ) 2022-ci ildə təsis edilib və özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirir. Azərbaycan tərəfini həmin şəbəkədə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi təmsil edirlər.
Məhərrəm Əliyev
Избранный
15
50
oxu.az

10Источники