Dünyanın ən yaşlı timsahı olan Henri dekabrın 16-da Cənubi Afrikadakı təbiət mühafizə mərkəzində 124 yaşını qeyd edib...
Poliqon xəbər verir ki, bu barədə Live Science məlumat yayıb.
Nil timsahı 1985-ci ildən Cənubi Afrikanın Skotburq şəhərindəki Crocworld Conservation Center-də yaşayır. İlk dəfə 1903-cü ildə Botsvanadakı Okavanqo Deltasında tutulub.
Henri təxminən 40 il əvvəl oraya gəldiyindən bəri bir çox dişi timsahdan 10,000-dən çox bala atası olub. Onun dəqiq doğum tarixi məlum olmasa da, Crocworld rəsmiləri təxminən 1900-cü ildə doğulduğuna inanırlar və hər il dekabrın 16-da ad gününü qeyd ediblər.
Alabama Universitetində heyvanların qocalmasını araşdıran bioloq Stiven Ostad deyib: "O, açıq-aydın qocadır. 100 və ya 130 yaşında olduğunu bilmirik. Timsahın 124 il yaşaması tamamilə mümkündür".
Qeyd olunur ki, adətən heyvanın ömrünü müəyyən etmək üçün yaxşı əsas qayda onun ölçüsüdür - kiçik heyvanlar adətən daha az yaşayır, çünki onların metabolizmi yüksəkdir, yəni daha çox enerji yandırır və nəticədə daha tez qocalır. Ancaq hətta təxminən eyni ölçülü digər heyvanlarla müqayisədə sürünənlər daha uzun yaşayırlar. Ostad bildirib ki, soyuqqanlılıq bədən istiliyini tənzimləmək üçün xarici istilik mənbələrinə güvənərək enerjiyə qənaət etməyə imkan verir:
"İnsan boyda bir timsah, bizim kimi məməlilərin yeməsi lazım olanın yalnız 4%-ni yeməlidir".
Timsahlar bəzi digər sürünənlər kimi, yaşla böyüməyə davam edirlər. Henrinin çəkisi 700 kiloqramdır və uzunluğu 5 metrə çatır ki, bu da onun növləri üçün ən böyüyüdür. Henrinin "əsirlik"dəki həyatı, yəqin ki, ona yaxşı qidalanaraq, bədbəxt hadisələrdən və xəstəliklərdən qorunmaqla belə qocalığa çatmasına kömək edib
"Hər hansı səbəbdən təhlükəsiz mühitdə yaşayan heyvanlar daha uzun yaşamağa meyllidirlər", deyə Ostad bildirib.
Poliqon.info