RU

Son beş ildə Azərbaycanın xarici ticarət dövriyyəsi iki dəfə artıb – Şahmar Mövsümov

Bakı. Trend:

Son beş ildə Azərbaycanın xarici ticarət dövriyyəsi iki dəfəartıb.

Trend xəbər verir ki, bunu bugün Azərbaycan Respublikası Prezidentinin köməkçisi − AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlərvə innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar MövsümovBakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.

Ş.Mövsümov ölkədə gömrük və biznes sahəsinin inkişafına, yenidinamik yanaşmaların və müasir texnologiyaların tətbiqinə xüsusidiqqət yetirildiyini vurğulayıb.

“Gömrük prosedurlarının optimallaşdırılması, rəqəmsaləməliyyatların tətbiqi və inzibati maneələrin aradan qaldırılmasıyerli və xarici sahibkarlar üçün daha əlverişli şərait yaradır. Buislahatlar bütövlükdə iqtisadiyyatın möhkəmlənməsinə töhfə verir.Son beş il ərzində xarici ticarət dövriyyəsi iki dəfədən çoxartaraq 52 milyard dolları ötüb”, - deyə o bildirib.

Избранный
52
az.trend.az

1Источники