RU

Müasir rəqəmsal sərhəd platformaları Azərbaycana beynəlxalq bazarlarda əməkdaşlığı gücləndirməyə imkan verəcək - Şahmar Mövsümov

Bakı. Trend:

Müasir nəqliyyat dəhlizləri və rəqəmsal sərhəd platformalarıAzərbaycana beynəlxalq bazarlarda, o cümlədən Avropa İttifaqı vədigər regionlarla əməkdaşlığı gücləndirmək imkanı yaradır.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Prezidentinin köməkçisi − AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlərvə innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar MövsümovBakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.

“Gömrük biznes-əməliyyatlarının gücləndirilməsi, qarşılıqlıfəaliyyət mədəniyyətinin yaradılması və etibarlı tərəfdaşlıqprinsiplərinin tətbiqi gömrük əməliyyatlarının səmərəliliyiniartırmaq üçün vacibdir. Bu yanaşmaların əsas məqsədi biznes vəgömrük orqanları arasında açıq dialoq və əməkdaşlığı təmin etmək,ticarət qaydalarını sadələşdirmək, islahatlar həyata keçirmək vəməsul tərəfdaşları həvəsləndirməkdir. İdxal və ixrac proseslərininaktivləşdirilməsi artım üçün böyük imkanlar yaradır. Bürokratiktələblərin azaldılması və proseslərin sürətləndirilməsi ixracı dahasəmərəli edir və ölkəmizin beynəlxalq ticarətdəki mövqeyinimöhkəmləndirir. Bu sahədə bizneslə dialoq xüsusi əhəmiyyət kəsbedir. Aktual məsələləri müzakirə etməklə həm sahibkarlar, həm dəgömrük orqanları üçün ən optimal proseslər müəyyən edilə bilər”, -deyə o bildirib.

Ş.Mövsümovun sözlərinə görə, sahibkarlarla gömrük orqanlarıarasında daha sıx və məhsuldar əməkdaşlıq ticarət əməliyyatlarınınsadələşdirilməsinə və artım üçün yeni imkanların yaradılmasınatöhfə verir.

“Etibarlı tərəfdaşlıq prinsiplərinin tətbiqi biznes və gömrükorqanları üçün qarşılıqlı faydalıdır və ticarət zəmanətlərinisürətləndirir. Müasir dəhlizlər və rəqəmsal sərhəd platformalarıgömrük prosedurlarını yeni səviyyəyə qaldıraraq sürət vəetibarlılığı təmin edir, bu da Azərbaycana beynəlxalq bazarlarda,xüsusən də Aİ və digər regionlarla əməkdaşlığı gücləndirmək imkanıverir. Biznes və gömrük orqanları arasında şəffaflıq və etimadınartırılması yeni texnologiyalar və süni intellektin istifadəsiolmadan mümkün deyil. Şübhəsiz ki, belə yanaşmalar ölkəmizin xariciticarət proseslərini təkmilləşdirəcək və biznesin mövqeyinigücləndirəcək. Sonda vurğulamaq istəyirəm ki, islahatlar davamedəcək və əminik ki, Azərbaycanın gömrük sahəsi dünya üçün nümunəolacaq”, - deyə o əlavə edib.

Избранный
40
2
az.trend.az

3Источники