RU

Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Beyləqanda ər-arvad dəm qazından boğulub. Hadisə zamanı 1966-cı il təvəllüdlü Bakir Məmmədov vəfat edib, həyat yoldaşı Şəlalə Məmmədova isə xəstəxanaya yerləşdirilib.

 

Bakir Məmmədov Bünyadlı kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışırmış.

 

Cütlüyün 2 qızı və 1 oğlu var. Övladları hadisə zamanı evdə olmayıblar.

 

Məlumata görə, ər-arvadla ötən gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Qonşular evə daxil olan zaman Bakir Məmmədovun həyatını itirdiyini, yoldaşının vəziyyətinin isə ağır olduğunu görüblər.

 

1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Araşdırma aparılır.


 
Modern.az

Tarix: 17 Dekabr 2024, 12:03   
Избранный
14
20
pravda.az

10Источники