RU

BDU-nun ərazisindəki yarımstansiya binası sökülür

Bakı Dövlət Universitetinin (BDU) ərazisində köhnə yarımstansiya binası söküləcək, ərazi inşaat tullantılarından təmizlənərək abadlaşdırılacaq və yaşıllıq zolağı salınacaq.

 

Pravda.az-ın xəbərinə görə, BDU 11 500 manata başa gələcək işlərin görülməsi üçün "Vest-LTD" QSC ilə müqavilə bağlayıb.

 

Qeyd: QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur. "Vest-LTD" bir çox dövlət qurumlarının elan etdikləri tenderlərin qalibi olub, bir sözlə, "tender kralı" hesab olunur.

 

Cabir Həsənov

Tarix: 17 Dekabr 2024, 12:14   
Избранный
19
pravda.az

1Источники