RU

Planlar iflasa UĞRADI: “Həm Fransa, həm də Qərb Cənubi Qafqazı itirdi”- ŞƏRH

“Gürcüstanda parlament seçkilərinin ardınca prezident seçkilərinin də hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının inamlı qələbəsi ilə başa çatması Qərbin və Fransanın Gürcüstanda süni şəkildə hakimiyyət böhranı yaratmaqla Cənubi Qafqazda destabilizasiyaya nail olmaq planlarının iflasa uğradı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Qərb faktiki olaraq Gürcüstan əhalisini şantaj etməklə məşğul idi:

“Avropa İttifaqının viza ilə bağlı məsələyə dair bəyanat verməsi, xalq parlament seçkilərinin yekunu olaraq müxalifətə səs verməsə, Aİ gürcü vətəndaşları üçün viza rejimi tətbiq edəcəyini elan etməsi, eləcə də Gürcüstana göstərilən yardımların kəsilməsi ilə bağlı verilən qərar da əlbəttə ki, seçkilərdən əvvəl cəmiyyətin əhvali-ruhiyyəsinə təsir etməyi hədəfləmişdi”.

Millət vəkilinin sözlərinə görə, son günlər baş verən hadisələr bir daha onu göstərdi ki, Gürcüstan cəmiyyətində də xarici siyasətlə bağlı ciddi parçalanma var:

“Belə ki, Gürcüstanın yeni hakimiyyəti əhaliyə ərazi bütövlüyü və işğal olunmuş ərazilərin qaytarılmasını vəd edir. Eyni zamanda, Avropa inteqrasiyasına yox demir. Ancaq Qərb xüsusilə Fransa gürcü cəmiyyətinə diktə edir ki, bu, Gürcüstanın yenidən Rusiyanın tabeçiliyinə qayıtmasıdır. Cənubi Qafqaz regionu və Azərbaycan üçün sadiq Gürcüstan daha vacibdir. Buna görə Gürcüstanda siyasi vəziyyətin gərginləşməsi haqqlı olaraq region ölkələrini narahat edir. Bu amilləri nəzərə alaraq, bütün regionun diqqətinin Gürcüstana cəlb olunması da normaldır. Düzdür, Fransa mediası aksiyaların hələ də şiddətlə davam etdiyini yazır, insanları bu aksiyalara cəlb etmək üçün təşviqat aparır . Köhnə çəkilişləri yenidən paylaşaraq izdiham effekti yaratmağa çalışır. Amma reallıq budur ki, epizodik halları nəzərə almasaq, Gürcüstanda nisbi sakitlik yaranıb. Ən əsası, parlament binası qarşısındakı aksiyalar səngiyib.

Reallıq budur ki, həm Fransa, həm də Qərb Cənubi Qafqazı itirdi. Regiondakı əsas aktorlardan olan Azərbaycan və Gürcüstan bu qüvvələrin məqsədlərinə görə milli maraqlarını qurban vermədi və müstəqil xarici və daxili siyasətlərini davam etdirməkdə prinsipal mövqe nümayiş etdirdi”.

//Gülnarə Abasova, Editor.az

Избранный
26
1
editor.az

2Источники