“Beşiktaş”ın qapıçısı Mert Günok Super Liqada “Adana Demirspor”a uduzduqları oyunu (1:2) şərh edib.
Futbolpress.az xəbər verir ki, kapitan autsayderə məğlubiyyətdən sonra bunları deyib:
“Belə nəticədən sonra danışmağa üzüm yoxdur. Utancvericidir. Bu formanın ağırlığını hər kəs dərk etməlidir. Hamı dərk edir? Bu suala cavab verə bilmirəm”.
“Beşiktaş” Super Liqada 15 turdan sonra 25 xalla 6-cı sıradadır.