RU

Azərbaycan gömrük orqanları vasitəsilə sahibkarlara təqdim olunan güzəştlərin məbləği açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük orqanlarıvasitəsilə sahibkarlara 2,9 milyard manatdan çox güzəşt təqdimedilib.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müaviniNatiq Şirinov Bakıda keçirilən gömrük biznes-forumunda deyib.

“Ötən il ilk dəfə olaraq dövlət gömrük orqanları vasitəsilədövlət büdcəsinə 6 milyard manatdan çox vəsait təmin edilib. Bu ilüçün proqnozumuz 6,435 milyard manatdır.

Hazırda 11 aylıq proqnozumuz yerinə yetirilib və büdcəyə 6milyard manatdan bir qədər çox vəsait daxil olub. Proqnoz 151milyon manat artıqlıqla yerinə yetirilib. Ötən il gömrük orqanlarıvasitəsilə təqdim edilən güzəştlərin həcmi 2,3 milyard manat təşkiledib.

Bu ilin ilk 10 ayı ərzində isə sahibkarlara 2,9 milyard manatdançox güzəşt təqdim edilib. Bu, sahibkarlıq subyektlərinə göstərilənmüsbət dəstəyin əyani göstəricisidir”, – deyə N.Şirinovvurğulayıb.

Избранный
18
2
az.trend.az

3Источники