RU

Meksikada 100-dən çox polis əməkdaşı saxlanılıb



Meksikanın Çiapas və Verakruz ştatlarında 100-dən çox polis əməkdaşının səlahiyyətlərindən sui-istifadə və müxtəlif cinayətlər törətdiklərinə görə saxlanıldığı açıqlanıb.Chiapas polis rəisi Oscar Aparicio Avendano bildirib ki, apardıqları araşdırmalar çərçivəsində Komitan şəhərindən olan 92 polis əməkdaşının səlahiyyətlərindən sui-istifadə etdiyini aşkar ediblər. Avendano bildirib ki, əyalət prokurorları məmurları narkotik kartelləri ilə müttəfiq olan yerli qrupları polis reydləri barədə məlumatlandırmaqda ittiham edib.

Açıqlamada Verakruz ştatında 3 nəfərin yoxa çıxmasında əli olmaqda şübhəli bilinən 13 əyalət polisinin saxlanıldığı da qeyd edilib.


aia.az
tərcümə şöbəsi



Избранный
31
1
aia.az

3Источники