RU

BTC kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

Yanvar-noyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 2,87 faiz azalaraq 35 milyon 360 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, nəqletmənin 75,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmərlə neft nəqli 2,9 faiz azalaraq 26 milyon 831,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,8 faizini və ya 21 milyon 940,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,2 faizini və ya 4890,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Избранный
34
2
xalqqazeti.az

4Источники