Avropa İttifaqı Suriyadakı nümayəndəliyini yenidən açacaq
Avropa İttifaqı (Aİ) Suriyadakı nümayəndəliyinin fəaliyyətini bərpa edəcək.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X"də yazıb.
O qeyd edib ki, Aİ Suriyada boşluq buraxa bilməz:
"Avopa İttifaqı Suriyada olmalıdır. Biz artıq yeni rəhbərlik və vətəndaş cəmiyyəti ilə ehtiyatlı şəkildə əlaqə yaratmağa başlamışıq. Həmçinin konstruktiv fəaliyyət göstərmək və yerdən məlumat almaq üçün Suriyadakı Aİ nümayəndəliyini yenidən açacaq".
We can’t leave a vacuum in Syria. The EU must be present.
We have already started with a process to engage cautiously with the new leadership and the civil society.
We will also reopen the EU delegation in Syria to have constructive engagement and get input from the ground. pic.twitter.com/QjEK4QE1qw