"Şamaxı"dan ayrılan Giorgi Kantariya apasport.az saytına müsahibə verib.
- Hazırda nə işlə məşğulsuz?
- Heç nə. Gürcüstana qayıtmışam. Elə vətənimdə istirahət edirəm.
- “Şamaxı”dan ayrılmağınızın tatalizatorlarla bağlı olduğu iddia edilir. Oyunların da manipulyasiyasında iştirak etdiyiniz iddia olunur. Bu barədə fikirləriniz necədir? Belə bir şey var?
- Əlbəttə ki, belə bir şey yoxdur. Bunlar hamısı yalandır. Üstəlik, bunların hamısı gülməlidir. Çünki həyatım boyu heç vaxt belə hadisələrin iştirakçısı olmamışam. Özü də, hamı bilir ki, daim ən yüksək səviyyədə oynamağa çalışmışam. Kimsə mənim adımı təhqir etmək istəsə, mütləq ona cavab veriləcək.
- Bəs, komandadan ayrılmağına əsas səbəb nə idi?
- Komandadan niyə ayrıldığımı mütləq deyəcəm. Amma hər şeyin öz vaxtı var. İndi yalnız işimi davam etdirmək haqqında düşünürəm. Allah hər şeyi görür və kimsə mənə haqsızlıq edibsə, mütləq qarşılığını alacaq.
- Məsələ ilə bağlı artıq araşdırmaların başladıldığı bildirilir. Bu halda yəqin ki, hansısa təhlükə hiss etmirsiz?
- Hansısa araşdırmanın aparıldığını ümumiyyətlə, anlamıram. Üstəlik, heç kim mənimlə əlaqə saxlamayıb və kiminsə mənimlə əlaqə saxlayacağını gözləmirəm. Çünki bu cür söhbət heç olmayıb da. Sizin dediyiniz işlərlə mənim heç bir əlaqəm yoxdur. Bu ittihamlar mənim üçün təhqiramizdir.
- Adil Nağıyev bildirib ki, məşq zamanı dava edib və ona görə komandadan ayrılıb. Sən də konflikt yaşadığın üçün ayrıldığını bildirmisən. Söhbət hansı konfliktdən gedir?
- Komandadan nəyə görə ayrıldım? Nə baş verdi? Bütün bunlar haqda mütləq danışacam. Haqsızlıq və dəyərsizlik haqqında dediyim kimi, Allah hər şeyi görür. Sona qədər mübarizə apardım, bütün gücümü meydanda qoymuşam. Bir nəfər də olsun çıxıb deyə bilməz ki, Kantariya pis mövsüm keçirdi. Komandada heç bir futbolçu mənim haqda pis söz deyə bilməz. Çünki mən hər zaman düzgün və təmiz insan olmuşam.
- Gürcüstana yollanmağınız ayrılığa görə oldu?
- Oyundan sonra Gürcüstana yollandım. Çünki nənəm vəfat etmişdi. Gürcüstana getdim, gələndə hər şey alt-üst oldu. Mən sizə nə baş verdiyini və bunun niyə baş verdiyini mütləq izah edəcəm. Amma sözlərimlə heç kimə zərər vermək istəmirəm. Buna görə də, özümü saxlayıram, amma əgər kimsə məni axmaq hesab edirsə və öz axmaqlığını mənim əlimlə yuyacağını düşünürsə, çox yanılır.
“Qarabağ” "Sumqayıt"la matçda yubiley qolunu vurub
Millimiz İsveçə qarşı - YENİLƏNİR
Qurban Qurbanov: “Premyer Liqadan maraqlandığım oyunçular var”
Vaqif Cavadov: “Komandamdan razıyam”
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi