RU

Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 4% artıb

Bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15910,3 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az investisiya yönəldilib.

Bu barədə "İki sahil"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Dövr ərzində neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb. Ümumi sərmayənin 8138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinin, 5617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinin, 2153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Ümumi sərmayənin 56,7 faizi dövlət, 43,3 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 71,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 82,1 faizini təşkil edib. 2024-cü ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 38,4 faizi sənaye, 24,9 faizi tikinti, 23,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi informasiya və rabitə, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi dövlət idarəetməsi və müdafiə, 0,8 faizi təhsil, 0,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər biri 0,5 faiz olmaqla, inzibati və yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahələrinə sərf edilib.

Избранный
11
7
ikisahil.az

10Источники