RU

Polad müəllimə dedim ki, bir biclik etmək olar... - Aqil Abbas

Kitabxana yaralı yerimdir. Bir dəfə Ağcabədinin Kəhriz kəndidə muzey açmışdıq. İki qadın işləyirdi və aşağı maaş alırdılar. Onda Polad müəllim nazir idi. Dedim ki, onların maaşlarını artıraq. Onda bildirdi ki, maaşı Tarif Şurası artırır. Təklif etdim ki, bir biclik etmək olar. Dedim onların həyat yoldaşlarının birini bağban, digərinə isə mühafizəçi ştatı verin. Onlar da işləyəndən sonra ikisinin də maaşı düzələcək.

Modern.az Unikal-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, indi hamı öz cibinin pulu ilə kitab çap etdirir:

"Onların kitabları kitabxanalara yetmir. Məcbur oluram ki, ayda bir dəfə gənc şairlərin, yazıçıların 200 kitabını öz puluma alıb kitabxanaya hədiyyə edim.

Rayonlarda elektron kitabxanalar var ki, heç biri işləmir. Ona görə ki, hamının əlində telefon, evində də kompüter var. Elektron kitab oxumaqla əleyhqaz geyinib qızılgül iyləməyin heç bir fərqi yoxdur.

Kitab sevdiyin qız kimidir, sinənə qoyub yata da bilərsən. Kitabın iyisi, qoxusu var".

Избранный
2
12
modern.az

10Источники