RU

Trampın andiçməsindən sonra dollar bahalaşacaq - Proqnoz

Amerikalı analitiklər ABŞ dollarının daha da, hətta avro ilə paritet səviyyəsinə qədər (yəni 1:1) möhkəmlənəcəyini proqnozlaşdırır, baxmayaraq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dolların ucuz olmasının tərəfdarıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.

Tramp uzun müddətdir ki, güclü dolların ABŞ iqtisadiyyatına həddindən artıq təzyiq göstərdiyi qənaətindədir. O, bunu öz məhsullarını xaricə satmağa çalışan Amerika şirkətləri üçün "böyük yük" adlandırır.

Bununla belə, Goldman Sachs, Morgan Stanley və UBS kimi qəzetin müsahibə verdiyi ekspertlər və investorlar Trampın dolları devalvasiya edə biləcəyinə şübhə ilə yanaşırlar. Onun öz siyasəti (vergilərin azaldılması, idxala yüksək tariflər) inflyasiyaya və Federal Ehtiyatın faiz dərəcələrini yüksək saxlamasına səbəb ola bilər, bu da dolları xarici kapital üçün daha da cəlbedici edir və dəyərini gücləndirir.

Qeyd olunur ki, Deutsche Bank hətta 2025-ci ildə avro ilə paritet əldə olunacağını gözləyir.

Dollar artıq oktyabrın əvvəlindən 6,1% möhkəmlənərək 2022-ci ildən bəri ən güclü rübünü qeyd edib. Çünki bazar Respublikaçı namizədin qalib gəlməsi və ticarət tarifləri və vergilərin azaldılması planlarını həyata keçirməsi ilə bağlı "stavka” etməyə başlayıb.

Analitiklər bazarın artıq Trampın prezidentliyinin əhəmiyyətli təsirini qiymətləndirdiyini qeyd etsələr də, çox az adam bunun artımın sona çatdığının əlaməti olduğunu və ya respublikaçıların ritorikasının valyutanı aşağı salacağını ehtimal edir.

"O, dollara təsir göstərməyə cəhd edə bilər. Amma sonda adətən fundamental faktorlar qalib gəlir", - AllianceBernstein-ın baş iqtisadçısı Erik Vinoqrad bildirib.

Nizami Bağırov
Избранный
9
2
qaynarinfo.az

3Источники