RU

"Abzas Media" işində təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

"Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. SİA xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra vəkillər təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq yanlarında oturmaqlarını istəyiblər.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmədə vəkillər vəsatət qaldıraraq işin yenidən istintaqa qaytarılmasını istəyiblər.

Hazırda həmin vəsatət müzakirə olunur.

Избранный
19
1
sia.az

2Источники