RU

Qubada veteran futbolçular arasında keçirilən mini-futbol turnirinin qalibləri mükafatlandırılıb

Quba, 17 dekabr, Elxan Yusifli, AZƏRTAC

Qubada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol turnirinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi turnirdə Bakı, Sumqayıt və şimal rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb.

Yarışın finalında veteran futbolçulardan ibarət Azərbaycan milli komandası və “Sumqayıt” kollektivi ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn "Sumqayıt" turnirin qalibi adını qazanıb. Milli futbolçular isə gümüş medallara sahib çıxıblar. Üçüncü yer uğrunda matçda Quba komandasına qalib gələn “Qusar” bürünc medalları qazanıb.

Qalib komandalara kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.

Mükafatlandırma mərasimində Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftahətdinova çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb, qalib komandaları təbrik edib.

Избранный
52
1
azertag.az

10Источники