RU

1 sığorta brokerinin və 2 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb

Mərkəzi Bank sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat yayıb.

Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının 16 dekabr 2024-cü il tarixli Qərarı ilə siyahıda adları qeyd edilən (siyahı əlavə olunur) 1 (bir) nəfər fiziki şəxs olan sığorta brokerinə və 2 nəfər sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi 1 (bir) ay müddətinə dayandırılmışdır.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən lisenziyalarının qüvvəsi dayandırılmış sığorta vasitəçilərinin SİYAHISI

Abdullayev Fariz İldırım oğlu (broker)

İsbatov Elçin Nadir oğlu (agent)

Qaracayev Nicat Tahir oğlu (agent)

Избранный
29
marja.az

1Источники