İqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, gömrük xidməti əvvəllər xaricdən məhsul gətirmək üçün limiti 1000 dollar təyin etmişdi:
“Bu, məntiqli idi. 300 dollar limiti məntiqsiz hesab edirəm. Ona görə ki, onsuz da bundan yan keçmək mümkündür. Hər kəs hər ay xaricdən bir şey almır. Lazım olanda ailə üzvləri, yaxınları adından da alış edə bilirlər. Əvvəlki qayda ilə 1000 dollar limitin təyin edilməsi daha doğru olar. Başqa ölkələrdə də bəlli səviyyədə məhsudiyyətlər var. Ancaq həmin məhdudiyyətlərin məntiqli açıqlaması da var. Azərbaycanda isə qərarların məntiqli açıqlaması yoxdur”.
Əfsanə Kamal
Demokrat.az