RU

Bu ölkə sığınacaq qaydalarını sərtləşdirir

İsveç hökuməti və onu dəstəkləyən İsveç Demokratlar Partiyası sığınacaq almaq qaydalarını sərtləşdirmək üçün qanun layihəsi hazırlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Miqrasiya naziri Juhan Forsel mətbuat konfransında bildirib.

Təklifə əsasən, rədd edilmiş şəxslər yalnız beş ildən sonra sığınacaq üçün yenidən müraciət edə bilərlər, bu müddət ərzində krallıqda qala bilməzlər.

"Biz inanırıq ki, bu təkliflər imtina edilən şəxslərin öz ölkələrinə qayıtmasını artıracaq. Bu, əsassız sığınacaq müraciətlərinin sayını azaldacaq", - o deyib.

Qanunvericiliyə edilən dəyişikliklər 2025-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Türkan İSGƏNDƏRLİ

 

Избранный
19
1
redaktor.az

2Источники