RU

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən kondensat və qazın həcmi açıqlanıb

Kommersiya məqsədli hasilatın başlanıldığı 30 iyun 2018-ci ildən bu ilin dekabrın 1-dək Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” layihəsi çərçivəsində 11,5 milyon ton kondensat və 66,6 milyard kubmetr qaz hasil edilib.

Bu barədə “İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Xatırladaq ki, 17 dekabr 2013-cü il tarixində “Şahdəniz” Konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin 2-ci mərhələsi üzrə yekun investisiya qərarını imzalayıb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.

Избранный
11
ikisahil.az

1Источники