RU

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Cari ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,5 faiz artaraq 11 milyard 394,5 milyon manat olub.   Dövlət Statistika Komitəsindən Manset.az-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard 593,4 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1116,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 120,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Избранный
36
8
manset.az

10Источники