RU

Avropa İttifaqı Suriyanın yeni hakimiyyət orqanları ilə Rusiyanın buradakı hərbi bazalarını bağlamaq imkanını müzakirə edəcək

Avropa İttifaqı Suriyanın yeni hakimiyyət orqanları ilə Rusiyanın Tartus və Xmeymimdəki hərbi bazalarını bağlamaq imkanını müzakirə edəcək.

“Politico” yazır ki, bunu dekabrın 16-da Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin ali nümayəndəsi Kaja Kallas bildirib. Onun sözlərinə görə, bir çox xarici işlər nazirləri əmindirlər ki, Suriya “Rusiya təsirindən” xilas olmalıdır və ölkənin yeni rəhbərliyi üçün “bu, şərt olmalıdır”. “Bu, onların Afrika və cənub qonşuları ilə bağlı fəaliyyətlərini də həyata keçirdikləri bazadır. Bu, şübhəsiz ki, Avropanın təhlükəsizliyi ilə bağlı narahatlığı artırır. Görüşlərimiz zamanı rəhbərliklə bu məsələni qaldıracağıq”, – Kallas Aİ və Suriyanın yeni hökuməti arasında qarşıdakı söhbəti açıqlayıb.

Aİ Suriyanın yeni hakimiyyət orqanlarını tanı bumadan və ya rəsmi diplomatik əlaqələr qurmazdan əvvəl onlar bir sıra şərtləri yerinə yetirməlidirlər. Xəbərdə deyilir ki, Aİ Əsəd hökuməti ilə daha əvvəl əlaqələri dayandırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
21
editor.az

1Источники