RU

“Kartdan-karta” ödənişə görə cərimələrin məqsədi nədir? – AÇIQLAMA

Bəzi sahibkarlar alıcılardan pulu “kartdan-karta” atmaq yolu ilə alırlar. Bunun üçün cərimələr tətbiq olunsa da, sahibkarlar yenə də bu fəaliyyətlə məşğul olur.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, “kartdan-karta” ödənişlərin geniş yayılması dövriyyənin qeyri-şəffaf olmasına gətirib çıxarır.

“Son dövrlərdə istehlakçılar nağdsız ödəniş etmək istədikləri zaman bəzi sahibkarların POS-terminal əvəzinə şəxsi kartlarını təqdim etməsi ilə bağlı şikayətlər artıb. Bu praktika şəffaf dövriyyənin pozulmasına və vergidən yayınmalara səbəb olur. Qanunvericiliyə əsasən, hər bir sahibkar nağdsız ödəniş etmək istəyən müştəriyə mütləq POS-terminal təqdim etməlidir. “Kartdan karta” ödənişlərin geniş yayılması dövriyyənin qeyri-şəffaf olmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün nağdsız ödənişlər yalnız POS-terminallar vasitəsilə həyata keçirilməlidir. Bu, həm sahibkarlar, həm də istehlakçılar üçün şəffaf mühitin təmin edilməsinə xidmət edir. Qanunun tələblərini pozaraq POS-terminaldan imtina edən sahibkarlara qarşı inzibati tədbirlər görüləcək. Məqsəd vergitutma bazasının genişləndirilməsi və iqtisadiyyatın şəffaflığının artırılmasıdır”, – deyə ekspert qeyd etdi.

Qeyd edək ki, obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Избранный
6
1
nocomment.az

2Источники