Qazaxıstanda güclü qar səbəbindən 40-dan çox insan təxliyə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qazaxıstanın cənub-şərqindəki Jetısu bölgəsində güclü qar səbəbindən 40-dan çox insan təxliyə edilib.
Təxliyə edilənlər arasında Azərbaycan, Çin və Rusiya da daxil olmaqla 28 xarici ölkə vətəndaşı var.
Həmçinin hava şəraitinin pisləşməsi nəticəsində 30 yük maşını və 1 minik avtomobili qar uçqunu altında qalıb
Xuraman Etibarlı
İnterpress.az