RU

Kapitan bölgə klubunun uğurlu olmasının sirrini "Sportinfo"ya açıqladı

12 oyun, 12 qələbə.

Bu, "Şahdağ Qusar"ın İkinci Liqadakı əla performansını əks etdirən mənzərədir.

Arxada qalan 12 turda rəqib qapılarından 45 qol keçirən bölgə klubu öz qapısında cəmi 4 qol görüb.

Bunda komandanın təcrübəli simalarından olan Rahid Əmirquliyevin də payı çoxdur.

Proses hər keçən gün Qusar təmsilçisini Birinci Liqaya yaxınlaşdırır.

Sportinfo.az-a açıqlama verən millinizin sabiq yarımmüdafiəçisi rayonun komandası üçün əla keçən mövsümü şərh edib və uğurun sirrini açıqlayıb:

"Mövsümün əvvəlindən rəhbərlik qarşımıza çempionluq məqsədi qoymuşdu. Elə buna uyğun heyət də quruldu və ilk gündən məqsədimizə doğru addımlayırıq.

Arxada qalan bütün görüşlərdə qələbə qazana bilmişik. Yaxşı baş məşqçimiz və kollektivimiz var.

Rəhbərlik hər cür dəstək göstərir. Şanslarımız yüksəkdir. İstəyimiz Birinci Liqaya vəsiqə qazanmaqdır.

Amma tələsmək olmaz. Çünki qarşıda çox oyun var, ağır qarşılaşmalar bizi gözləyir.

Xal fərqini qorumaq lazımdır. İnanıram ki, sonda çempion ola biləcəyik".

XANOĞLAN

Избранный
29
sportinfo.az

1Источники