RU

Antarktidada piramidalar?

Qədim dövrlərdə insanların yaratdığı ən möhtəşəm əsərlərdən biri olan Misir piramidaları özlərinin sirlərini qoruyub saxlayıb. Bu gün də onların necə tikildiyi barədə dəqiq məlumatlar yoxdur. Belə bir vaxtda Antarktidada yeni piramidalar aşkar olunub. Amerika və Avropa alimlərindən ibarət qrup qitədə 3 piramida formalı tikiliyə rast gəlib. Onlardan ikisi dənizdən 16 kilometr, üçüncüsü isə dənizə çox yaxın ərazidə tapılıb. Piramidaların təbii, yoxsa insanlar tərəfindən tikildiyi alimlər tərəfindən uzun müddət araşdırılıb.

Bəzi alimlərin fikirincə, qitə bir zamanlar kifayət qədər isti iqlimə malik olub. Bu tikililər də o dövrlərdə insanlar tərəfindən inşa olunub.  Son illərdə alimlər mövzu ilə bağlı susmağa üstünlük veriblər. Çünki tikililərin insan əli ilə inşa olunduğu təsdiqlənərsə, bu kəşf bəşər tarixi haqqında bildiyimiz hər şeyi unutduracaq və tarixin yenidən yazılmasına səbəb olacaq. 

Araşdırmaçılar vaxtilə qitədə isti iqlimin olduğunu sübut edən dəlillər də tapıblar. 2009-cu ildə bölgədə çalışan iqlim alimləri tozcuq hissəciklərinə rast gəliblər. Onlar bununla Antarktidada palma ağaclarının bir zamanlar böyüdüyü və yayda temperaturun 21 dərəcəyə çatdığı qənaətinə gəliblər.

2012-ci ildə isə Nevada Tədqiqat İnstitutunun alimləri qitənin cənubunda yerləşən Vida gölündən 32 fərqli bakteriya növünə aid nümunələr aşkarlayıblar. 

Peyk görüntülərinin ən son texnologiyalar əsasında analizi sayəsində əldə edilən nəticələr də bəşəriyyətin inkişaf tarixinin bizim bildiklərimizdən fərqli olduğunu göstərir.

PÜNHAN 
XQ

 

Избранный
33
xalqqazeti.az

1Источники