RU

Çinli məmur edam edildi

Çində yüz milyonlarla dolları mənimsəmiş məmur edam edilib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Qeyd olunur ki, ölüm cəzası ilə bağlı qərarı Ali Xalq Məhkəməsi çıxarıb. Edam olunan şəxsin bütün şəxsi əmlakı müsadirə edilib. Ölümündən əvvəl ona qohumları və dostları ilə görüşə icazə verilib.

Li Tszyanpin Çin Kommunist Partiyasının Hohhot iqtisadi və texnoloji inkişaf zonasında işçi komitəsinin katibi vəzifəsində çalışıb. Müstəntiqlərin fikrincə, bu şəxs qanunsuz olaraq 3,06 milyard yuan və ya 426 milyon dollardan çox pul mənimsəyib. Li apellyasiya şikayəti versə də, ikinci instansiya məhkəməsi hökmü qüvvədə saxlayıb.


Mənbə: unikal.az

Избранный
46
unikal.az

1Источники