RU

Azərbaycanda dövlət büdcəsinin qeyri-neft gəlirlərində gömrük yığımlarının payı 34 faiz olub

Azərbaycanda dövlət büdcəsinin qeyri-neft gəlirlərində gömrük yığımlarının payı 34 faiz təşkil edir.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən gömrük biznes-forumunda bildirib.

Natiq Şirinov qeyd edib ki, Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə daxilolmalar artmağa davam edir.

O, əlavə edib ki, bu ilin 11 ayında gömrük yığımları və vergi daxilolmalarının büdcənin ümumi gəlirlərindəki payı 18 faiz təşkil edib. Halbuki 10 il əvvəl bu göstərici 10 faizdən aşağı idi.

Eyni zamanda, qeyri-neft gəlirlərində gömrük yığımlarının payı 34 faizdir. Yəni, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin üçdə biri Dövlət Gömrük Komitəsinin payına düşür. 10 il əvvəl bu göstərici də 10 faizdən aşağı idi.

Избранный
46
1
fins.az

2Источники