RU

Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlmədi

Cənubi Koreyanın prezidenti Yun Suk Yol, qısa müddət davam edən hərbi vəziyyət fərmanı ilə bağlı təhqiqat qurumlarının onu sorğuya çağırışlarını rədd edib.

Milli.Az xəbər verir ki,  Konstitusiya Məhkəməsi bazar ertəsi Yun ilə bağlı onun vəzifədən tamamilə uzaqlaşdırılması və ya bərpa edilməsi qərarını vermək üçün ilk iclasını keçirib.

Polis, Korrupsiyaya Qarşı Mübarizə Agentliyi və Müdafiə Nazirliyinin daxil olduğu birgə təhqiqat qrupu Yunu üsyan və səlahiyyətlərdən sui-istifadə ittihamları ilə əlaqədar sorğulamaq niyyətində olduqlarını bildirib.

Bazar ertəsi təhqiqat qrupu Yun-un ofisinə və ya yaşadığı evə sorğuya çağırış müraciətini çatdırmağa çalışsa da, rədd cavabı alıb. Bu barədə Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasını Araşdırma İdarəsinin müstəntiqi Son Yonq-co məlumat verib.

Son Yonq-co bildirib ki, prezident administrasiyasında çalışan katiblər bu müraciətin Yun-a çatdırılmasının onların vəzifələrinə aid olub-olmadığına əmin olmadıqlarını deyiblər. Son əlavə edib ki, müraciət Yun-a poçt vasitəsilə göndərilib, lakin əgər Yun sorğuya qatılmaqdan imtina edərsə, müstəntiqlərin necə cavab verəcəkləri barədə detalları açıqlamayıb.

Əgər Yun vəzifədən uzaqlaşdırılarsa, onun varisini seçmək üçün 60 gün ərzində milli seçkilər keçirilməlidir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
53
2
olaylar.az

10Источники