Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə (Şimali Makedoniya) keçirilən “Skopje Open” beynəlxalq turnirində 6-cı yeri tutub.
İdman.biz xəbər verir ki, o, 9-cu turda Martin Petrov (Bolqarıstan) ilə heç-heçə edib.
6,5 xal toplayan Səfərli əlavə göstəricilərə görə Petrovdan geri qalaraq 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirin qalibi Momçil Petkov (Bolqarıstan) olub. O, Eltacdan bir xal çox toplayıb.
İdman.biz