RU

Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə başlayır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatına verilib.
İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin olunub.
Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə, daha sonra 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi əlavə edilib. Daha sonra 206.3.2-ci maddəyə xitam verilib.
Избранный
30
1
oxu.az

7Источники