RU

Yunanıstanda qızılla dolu dəfinə tapılıb

Yazını böyüt
Yazını kiçilt

Yunanıstanda aparılan arxeoloji qazıntı zamanı içərisində mərmər aslan heykəlləri və qızıl əşyaların olduğu binanın qalıqları tapılıb.

Hafta.az-ın “Newsweek”ə istinadən yazdığına görə, oktyabrda başlayan iş Peloponnesin şimalındakı Aygio şəhəri yaxınlığında aparılır. Eramızdan əvvəl 300-cü ilə aid olduğu təxmin edilən və yunan əlifbasının üçüncü hərfindən istifadə edərək "qamma" (Γ) adlanan struktur aşkarlanıb.

Quruluşda sarkofaq və türbələr də aşkar edilib. Aslan başı fiqurlu bir cüt qızıl sırğa, bir əlində əsa, digər əlində çələng daşıyan qanadlı və çılpaq Erosu əks etdirən başqa qızıl sırğa və qızıl boyunbağı kimi qiymətli əşyalar diqqət çəkib.

Qəbirlərdən tapılanlar burada dəfn olunmuş ölülərin necə zəngin olduqlarını göstərir.

Əldə olan dəlillər binanın “heroon” (qəhrəman) kimi istifadə edildiyini göstərir. Bu ad qədim Yunanıstanda qəhrəman və ya tanrı adına tikilmiş müqəddəs yerlərə verilir.

Qədim Yunanıstan şəhərlərində dini mərasimlər “heroon”a uyğun keçirilirdi.

Bundan əlavə, dağıntılar altından Penteli dağından gətirilən mərmərdən hazırlanmış şir heykəlləri də tapılıb.

“Ripes” qədim yunan mətnlərində adı çəkilən pelasqlar tərəfindən qurulub. Egeydə ilk məskunlaşan xalqlardan biri olan bu icmanın ellin tayfalarından əvvəl burada yaşadığı düşünülür.

Избранный
11
hafta.az

1Источники