RU

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə sabit saxladı

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
 

Qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub.


Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu daxilində qalıb. Belə ki, 2024-cü ilin noyabr ayında 12 aylıq inflyasiya 4.4% olub. İllik qiymət artımı ərzaq malları üzrə 4.4%, qeyri-ərzaq malları üzrə 2.2%, xidmətlər üzrə 6% təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub.

Bizim.Media

Избранный
20
1
bizim.media

10Источники