RU

"Prezident müsahibəsində açıq danışmağı sevir" - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyovaya müsahibəsi hələ tam şəkildə yayımlanmadığı üçün onun haqqında geniş danışa bilmirik". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, amma əminliyimizi bəri başdan bildiririk ki, bu da onun başqa müsahibələri kimi çox maraqlı olacaq və diqqətlə öyrəniləcək: "Çünki Prezident İlham Əliyev belə müsahibələrdə bir qayda olaraq məsələlərə geniş aspektdən yanaşır. Hər kəsi istər ölkə içində, istər ölkədən xaricdə maraqlandıran suallara açıq-aydın cavab verir. Yəni Prezident İlham Əliyevin bütün fəaliyyəti boyu bir qayda olaraq bunu müşahidə etmişik. Açıq danışmağı sevir. Hələlik müsahibənin kiçik bir hissəsinə baxa bilmişəm. Orada sual verilir ki, "Azərbaycanda Türkiyə hərbi bazaları olmalıdırmı?". Prezident İlham Əliyev deyir ki, Azərbaycan qardaş Türkiyə ilə 1992-ci ildən hərbi əməkdaşlıq edir: "Əlbəttə ki, bu əməkdaşlıq həmişə olacaq. Amma Azərbaycan ərazisində xarici ölkə hərbi bazası olmayacaq. Biz bunu istəmirik. Belə məsələlərlə bağlı bəzi adamlar üçün qaranlıq sayıla biləcək məqamlar var". Cənab Prezident də buna açıq şəkildə cavab verir, aydınlıq gətirir.

Bu baxımdan düşünürəm ki, bu müsahibədə belə məqamlar yetərincə çox olacaq. Əlbəttə ki, bizim üçün də çox maraqlı bir müsahibə olduğuna heç şübhə etmirəm. Maraqla, həvəslə, səbirsizliklə müsahibənin tamamının yayılmasını gözləyirik".

Müəllif: Söylü Ağazadə
Избранный
24
sia.az

1Источники