RU

Livan İsrailin atəşkəsi pozduğunu açıqladı

Noyabrın 27-də atəşkəs elan edildikdən sonra İsrail ordusunun törətdiyi pozuntuların sayı 248-ə yüksələrkən, bu hücumlarda 31 nəfər ölüb, 37 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu bombardmanlar və pilotsuz uçuş aparatlarının (PUA) uçması, evlərin uçurulması və yolların dağılması kimi atəşkəs rejimini pozuntularını Livanın cənubundakı Sur və Nəbatiyə ilə şərqdə Bekaa şəhərlərində gerçəkləşdirib.

Sur şəhərinin Məcdel Zun qəsəbəsində İsrail ordusuna məxsus PUA bir avtomobili hədəfə alıb, hücum nəticəsində 3 nəfər yaralanıb.

İsrail əsgərləri Livanın cənubundakı Nakura şəhərində bir çox yolu və evləri dağıdıb.

İsrailin PUA-ları Sur şəhəri və əl-Kəlilə, Deyr Qanun əl-Ayn və əl-Kuş şəhərləri üzərində aşağı hündürlükdə uçuşlar həyata keçirib.

İsrail ordusu Mercayun bölgəsinin Kefr Kila qəsəbəsindəki evləri partlatmağa davam edib.

Hasbayadakı Kefr Şuba, Halta və Şeba qəsəbələri İsrail ordusunun artilleriya hücumlarının hədəfi olub.

İsrail döyüş təyyarələri də Raşaya və Qərbi Beka bölgələrində orta hündürlükdə uçuşlar həyata keçirib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bu yana ən azı 4 min 61 nəfər, o cümlədən 1106 qadın və uşaq və 222 tibb işçisi həyatını itirib, 16 min 661 nəfər yaralanıb.

Xatırladaq ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması çərşənbə günü, noyabrın 27-də yerli vaxtla saat 04:00-da qüvvəyə minib.

Избранный
25
cebheinfo.az

1Источники