RU

Rusiya XİN: Suriyada hərbi bazalarımızın mövcudluğunun Avropa İttifaqına dəxli yoxdur

Suriyada Rusiya hərbi bazalarının mövcudluğu məsələsinin Avropa İttifaqına (Aİ) dəxli yoxdur, bu məsələ yalnız Moskva və Dəməşq arasındakı dialoq çərçivəsində nəzərdən keçiriləcək.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə Suriyanın yeni hakimiyyəti ilə dialoqa başlamaq üçün Rusiya bazalarının çıxarılmasını şərt kimi göstərən Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın bəyanatı ilə bağlı “NEWS.ru”nun sualına cavabında bildirib.

Onun sözlərinə görə, Kallas "sələfi Jozep Borrel kimi baş antidiplomatdır".

"O, hətta bu vəzifəyə başladığı ilk dövrlərdə verdiyi bəyanatlardan da göründüyü kimi, baş diplomat yox, baş antidiplomatdır. Borrel də bu cür antidiplomat idi. Bu, sadəcə Aİ-nin NATO-nun iqtisadi şöbəsinə çevrilməsidir, yarandığı gündən bəri burada təkcə aqressiv ritorika deyil, həm də aqressiv ideologiya üstünlük təşkil edir", - M.Zaxarova vurğulayıb.

Избранный
21
3
musavat.com

5Источники