RU

Keçmiş baş prokurorun himayə etdiyi deyilən şirkət yenə məhkəmə qarşısında


Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Temirli Qrup" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, tərəflər arasında vergi məsələlərinə dair mübahisə yaranıb. 

Qurumun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Miminat Hacıbəyova iş üzrə hakim təyin edilib. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Temirli Qrup" ASC-nin 220 214, 30 manat vergi borcu var. Mübahisə də bununla bağlıdır.

"Temirli Qrup" ASC bir neçə il əvvəl də vergi borcuna görə məhkəməyə verilmişdi. Həmin vaxt məlum olmuşdu ki, şirkətin 642 170,10 manat vergi borcu var. 


"Temirli Qrup” ASC 24 may 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 320 468 AZN olan şirkətin qanuni təmsilçisi Temirov Rüstəm Həzrət-Əli oğludur. Şirkətin sahibi isə Rüstəm Temirovun atası Həzrət-Əli Temirovdur. 

Bəzi iddialara görə, şirkətin himayədarı keçmiş baş prokuror Zakir Qaralovdur. Tanınmış hüquqşünas Əliabbas Rüstəmlinin 2013-cü ildə Zakir Qaralova müraciətində də bu iddia əksini tapıb. Hüquqşünasın müraciətindən aydın görünür ki, o şirkətin himayədarı kimi Zakir Qaralovun adını çəkir. Qarşı tərəf indiyədək bu iddianı təkzib etməyib. 

Seyid
Избранный
19
12
qaynarinfo.az

10Источники