RU

Spiker: Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb



Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və birgə səyləri sayəsində iki ölkə arasındakı münasibətlər özünün ən yüksək səviyyəsinə - müttəfiqlik səviyyəsinə çatıb.

aia.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla birgə mətbuata açıqlaması zamanı deyib.

Spiker iki ölkə arasındakı əlaqələrin hərtərəfli inkişafından bəhs edib.

“Müasir Azərbaycan-Türkiyə münasibətləri Ümummili Lider Heydər Əliyevin bir millət, iki dövlət fikrininin ən parlaq şəkildə təcəssüm etdirir. Ölkələrimiz və xalqlarımız həm sevincli, həm də kədərli günlərdə bir yerdə olublar. Bütün məsələlərdə bir-birlərini qeyd-şərtsiz və tərəddüdsüz dəstəkləyiblər”.

Sahibə Qafarova həmçinin parlamentlərarası münasibətlərə də toxunub.

“Bu əlaqələr hazırda müttəfiqlik ruhuna uyğun olaraq, bütün istiqamətlər üzrə genişlənməkdədir”.

aia.az



Избранный
17
2
aia.az

3Источники