RU

Spiker: Türk dünyasının daha da sıx birləşməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq

Azərbaycan-Türkiyə-Gürcüstan, eləcə də Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatları mövcuddur.

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə səfəri çərçivəsində Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla birgə mətbuata açıqlaması zamanı deyib.

S.Qafarova nümayəndə heyətlərinin bütün müstəvilərdə bir-birlərini dəstəklədiklərini ifadə edib.

“Parlamentlər olaraq biz də türk dünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq”.

Spiker bir müddət öncə TBMM-nin geniş tərkibli nümayəndə heyətinin Bakıda keçirilən Beynəlxalq Parlament Konfransında yüksək səviyyəli iştirakına görə həmkarına təşəkkür edib.

Избранный
13
3
adalet.az

4Источники