RU

“Qərb Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmağa çalışır” - Rusiya Baş Qərargah rəisi

“Qərb Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmağa çalışır”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

“Regiondankənar oyunçuların, ilk növbədə ABŞ və Avropa İttifaqının regionda mövqelərini gücləndirmək, Gürcüstanı əlində saxlamaq və Ermənistanı öz təsir orbitinə çəkmək istəyi onun inkişafına dağıdıcı təsir göstərir”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Qərb Gürcüstanda etiraz aksiyalarına sponsorluq edir və istiqamətləndirir:

“Qərb tərəfi Tbilisini Ukrayna ssenarisi üzrə anti-Rusiya hərəkətlərinə sürükləmək istəyir. Rusiya da öz növbəsində Qərbin destruktiv hərəkətlərinə qarşı konstruktiv tədbirlər görür”, - deyə siyasətçi əlavə edib.

 

 

Daşqın HəsənovMissiya.Az

Избранный
9
missiya.az

1Источники