RU

Suriyanın paytaxtında həyat: Bahalıq, canlanan küçələr...

Yazını böyüt
Yazını kiçilt

Türkiyəli jurnalist Nevzat Çiçək Suriyanın paytaxtı Dəməşqə gedərək şəhərin gündəlik həyatı və iqtisadi vəziyyəti ilə bağlı məlumat verib.

Hafta.az-ın yazdığına görə, Dəməşqin mərkəzindəki izdiham, dükanların açıq olması və küçələrdə aşkar görünən canlanma şəhərdə normallaşma prosesinin artıq başlamasından xəbər verir.

Nevzat Çiçək axşam saatlarında belə Şamın mərkəzində böyük izdihamla qarşılaşıb. Lakin onun sözlərinə görə, Dəməşqdə qiymətlər turistlər üçün kifayət qədər bahadır. O hətta Türkiyədən ziyarətçi kimi qəbul edilən əcnəbilərə xüsusi qiymət tariflərinin tətbiq edildiyini bildirib.

Çiçək bir restoranda iki makaron və şorba üçün 1800 lirə ödəyib. O, əlavə olaraq 5-6 nəfərlik yemək üçün 2800 lirə xərclədiklərini, yüksək qiymətin suriyalılarla turistlər arasında fərqli tariflərə səbəb olduğunu deyib.

Çiçək Dəməşqdə satılan meyvə-tərəvəzi İstanbulun Taksim və Balıq Bazarının tərəvəz piştaxtaları ilə müqayisə edir.

“Dəməşqdə hər şey var, xurma, əncir və sair kimi yerli meyvələr, Saləp kimi isti içkilər, təzə tərəvəzlər adamı heyran edir. Həmçinin burada çox məşhur desert olan künəfənin qiyməti də diqqət çəkir: Künəfin bir porsiyası 75 lirədir” deyən Çiçək Türkiyədən öyrəndiyi qiymət tariflərinin Suriyadakı ilə müqayisəsini zarafatla dilə gətirib:

“Burada həqiqətən heyrətamiz künəfə hazırlanır. Bir az əvvəl sınadıq və künəfənin bir porsiyonu 75 lirəyə aldıq. Bu uşaqlar öz işlərinə çox ciddi yanaşırlar, amma nədənsə bəzi restoranlarda, otellərdə və sairdə bizdən öyrəndiklərini bizə tətbiq edirlər...”, - deyib türkiyəli jurnalist.

Çiçək Dəməşqdə insanların gəlir mənbəyi olan çörək bişirənlər, Humus köşkləri və pendir satan dükanlar kimi ənənəvi məhsulların ortaq olduğunu bildirib.

Dəməşqin Türkmən bölgəsindən olan insanların yerli məhsullar təklif etdiyi küçələrdə həyat sözün əsl mənasında davam edir.

Şəhərin küçələri hətta gecələr də kifayət qədər qələbəlik olur.

Çiçək Suriyadakı böyük türkmən əhalisindən də söz açıb. O, Dəməşq, Hələb, Homs və Latakiyadakı suriyalıların türkcə öyrəndiyini və hazırda Suriyada 3-4 milyona yaxın türkcə danışanların olduğunu bildirib.

Bundan əlavə, şəhərə gedən əsas küçələrdə insanlar tez-tez maşınlarına Azad Suriya bayrağını asırlar və nəqliyyatın hərəkəti sıxlaşır.

Suriyada normallaşma prosesinə də ümidlər var. Amma siyasi baxımından Suriyanın gələcəyi hələ də qeyri-müəyyəndir.

Çiçək önümüzdəki 3 ayın çox çətin olacağını vurğulayıb. Bo mənada o, Suriyanın normallaşma prosesində üzləşdiyi iqtisadi çətinlikləri də dilə gətirib. Onun fikrincə, xüsusilə yüksək qiymətlər Suriyada yaşayan insanların həyatını çətinləşdirir. Qiymətlərin yüksək olması restoran və yeməkxanalarda turistlər üçün nəzərdə tutulan xüsusi tariflərlə bağlıdır.

Nevzat Çiçək Suriyanın iqtisadi çətinliklərlə mübarizə aparmasına baxmayaraq, həyatın yavaş-yavaş normallaşdığını müşahidə edib.

“Şəhərdə gündəlik həyat dirçəlir, insanlar alış-veriş edir, küçələr izdihamlıdır və həyatın hər sahəsində aktivlik var. Bununla belə, iqtisadi şərait və yüksək qiymətlər kimi maneələr insanların həyatına mənfi təsir etməkdədir”, - deyə jurnalist qeyd edib.

Избранный
39
hafta.az

1Источники