RU

Yemək yox, peyvənd: Tanınmış həkim vaksinin məcburi vurulmasını istəyir

“Qızılca epidemiyası sönmüş olsa da, yenidən alovlana bilər”. 

Bu sözləri tanınmış pediatr Vaqif Qarayev "Cebheinfo.az"-a deyib. O qeyd edib ki, son günlər göyöskürəyə yoluxanların sayında da artım var: 

"Göyöskürəkdən də xilas yolu peyvənddir. “Mən uşağımın immunitetini gücləndirirəm ki, xəstəliklərə yoluxmasın" kimi nağıllarla özünüzü aldatmayın. Uşaqları qoruyaq".

Vaqif Qarayev bildirib ki, peyvənd altına düşən xəstəliklər yoluxucu və öldürücü olur:

"Yadımızdadır ki, keçən il qızılcadan ölüm hallarına rast gəlinib. Peyvənddən imtina edənlər dünya tibb ədəbiyyatını açıb baxsınlar, bu xəstlikdən qorunmağın yeganə yolu peyvənddir. Deyirlər ki, biz immunitetimizi gücləndiririk. 

İmmuniteti necə gücləndirirlər? Məsələn, difteriyaya yoluxmamaq üçün valideynlər uşaqlarına nə yedizdirir? İmmunitet belə yaranmır axı. Peyvənd vasitəsilə orqanizmə bu virus yeridilir, orqanizm bu xəstəliyi digər hallarda tanıyır və dəf edə bilir. Peyvəndlənmiş şəxslər də xəstəliyə yoluxduqda, onu asan keçirir. Mən həkim və valideyn olaraq peyvəndlənmənin könüllü olmasına qarşıyam. Sovet dövründə vaksin könüllü deyildi və bu tip xəstəliklər də yox idi.

Verilişlərin birində aparıcı deyir ki, Hindistan Ermənistana silah satır, biz niyə ondan peyvənd almalıyıq? Bu, birbaşa cahillikdir. Elmin əleyhinə niyə gedirik?" 

Избранный
26
9
cebheinfo.az

10Источники