RU

Generalın öldürülməsi Rusiyanın zəifliyidir… - Ekspert

Mən də o xəbəri oxuyanda təəccübləndim ki, 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Rusiyanın mühüm şəxsini və onun köməkçisini öldürür.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyr Cəfərov Rusiya ordusunun generalı İqor Kirillovun qətlini şərh edərkən deyib.

“Miqrant generalı öldürdükdən sonra ölkəni tərk etmək yerinə, Moskvada oturur və onu da rahat şəkildə tuturlar. Zənnimcə, terror aktı bu formada həyata keçirilmir. Əgər söhbət generaldan gedirsə, skuterə partlayıcı qurğular yerləşdirib, yaşadığı binada sui-qəsd törətmək yerinə, daha peşəkar təşkil oluna bilərdi. Mən bu fakta inanmıram.

Xatırlayırsınızsa, "Krokus Sity Holl" da baş verən terror aktında tacikistanlılar hadisədən sonra Rusiya-Ukrayna sərhədinə doğru gedib, ölkəni tərk etməyə çalışdılar. Ancaq terror aktından sonra bütün tacikistanlı miqrantlar hədəfə alınmışdı, tez-tez onlara hücumlar təşkil olunurdu.

Ona görə də mən bu faktı Özbəkistan vətəndaşlarının hədəfə gətirilməsi kimi qiymətləndirirəm. Hesab edirəm ki, gələcək günlərdə Özbəkistan vətəndaşlarına təzyiqlər olacaq", - Cəfərov bildirib.

Hərbi ekspert bildirib ki, nə olursa olsun, bu hadisə Ukraynanın uğurudur:

"Bütün ölkələrdə dövlət sirrini daşıyan şəxslər ciddi qoruma altında olurlar. Rusiya hazırda müharibə ölkəsidir. Əgər general bu formada öldürülürsə, bu, ölkənin təhlükəsizliyinin zəifliyindən irəli gəlir. Buna görə də Rusiya qəzəbin səbəbini özündə axtarmalıdır".

Xatırladaq ki, dünən səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov və köməkçisi öldürülüb.

Избранный
69
2
axar.az

3Источники