RU

Arvadının şəklini görüb göz yaşlarını saxlaya bilmədi - VİDEO

Bu gün İran prezidenti Məsud Pezeşkian hökumət rəsmilərinin qarşısında çıxış etdiyi zaman mərhum həyat yoldaşının şəklini görərkən göz yaşlarını saxlaya bilməyib. 

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, buna görə də o çıxışını yarıda qoyub.

Pezeşkian "İcazə verin, mən danışmayım. Çünki mənim üçün çox çətindir. Bağışlayın!, - deyərək tribunadan enib. 

Qeyd edək ki, 1993-cü ildə Məsud Pezeşkianın ginekoloq işləyən həyat yoldaşı və oğlundan biri avtomobil qəzasında həlak olub. Ürək parçalayan şəxsi hadisədən sonra iranlı yenidən ailə qurmamaq qərarına gəlib və qızı və iki oğlunu təkbaşına böyüdüb. 

Избранный
22
50
unikal.az

10Источники