RU

Ruslar Suriyanın keçid hökuməti ilə danışıqlar aparır

Ruslar

Suriyada “Heyət Təhrir əş-Şam”ın (HTŞ) başçılıq etdiyi müxalif qruplar tərəfindən rejim devrildikdən sonra formalaşan yeni administrasiya ilə diplomatik təmaslar getdikcə genişlənir.

Reyting.az
xəbər verir ki, HTŞ lideri Əbu Məhəmməd Qolani (Əhməd Əl Şara) son günlər dəfələrlə xarici nümayəndə heyətləri ilə görüşsə də, Rusiyanın HTŞ ilə əlaqələri və Suriyadakı hərbi bazalarının vəziyyəti maraq doğurur.

Rusiyanın bir müddətdir ki, HTŞ rəhbərliyi ilə danışıqları davam edir.

Yeri gəlmişkən, “The Economist” Rusiyanın Suriyadan yavaş-yavaş geri çəkildiyi iddialarına cavab olaraq Moskva ilə HTŞ arasında danışıqların artıq başladığını yazıb. Suriyanın yeni liderlərinin çətin qərarlar qarşısında qaldığını bildirən qəzet qeyd edib ki, Moskvanın Tartus limanına və Hmeymim bazasına çıxışın davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd olunub.



HTŞ-nin Bəşər Əsədin ekstradisiyasını gözləmədiyi, Rusiyadan daha çox tələblərinin olduğu iddia edilib.

CNN-nin yaydığı xəbərdə Tartusun geosiyasi əhəmiyyəti vurğulanıb, Suriyanın Liviyada limansız qalmasının rusları çətinliyə sala biləcəyini iddia edən rəsmilərin fikirləri yer alıb. Rəsmilər belə bir vəziyyətdə rusların “NATO-nun cənub cinahında güclərini əks etdirmək üçün Aralıq dənizi limanı olmadan qalacaqlarını” bildiriblər.

Digər tərəfdən, Suriyanın keçid hökumətinin sözçüsü Obeida Arnaout Rusiyanın “ölkədəki varlığına yenidən baxmağa” çağırış edib. Arnaout bildirib ki, yeni hökumət dünyanın bir çox ölkələri ilə ən yüksək səviyyədə danışıqlar aparıb.

Bununla belə, Rusiyanın Hmeymim aviabazasında fəaliyyəti davam edir. Ötən gün Həma və İdlib səmalarında görünən Rusiya döyüş təyyarələri dünən İdlib, Hələb və Həmada da görünüb. Rusiya hərbi maşın karvanının sahilyanı Latakiya şəhərindən cənubdakı Tartus şəhərinə doğru hərəkət etdiyi görüntülənib.

ELÇİN
Избранный
27
reyting.az

1Источники