RU

“Xəstəliklərin erkən aşkarlanması, müalicəyə əvvəldən başlanılması istiqamətində işlər görülür”

“Süni intelleklə bağlı qarşıda müsbət planlarımız var. Xəstəliklərin erkən aşkarlanması, müalicəyə əvvəldən başlanılması istiqamətində işlər görülür. Bununla icbari tibbi sığortanın da yükünü azaltmaq mümkün olacaq”.

“Yeni Gundem” xəbər verir ki, Rəqəmsal Tibbi Həllər MMC-nin direktoru Ramil Mehdiyev “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində deyib.

“Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatının verilməsi Yeni Klinikadan sonra Nizami Tibb Mərkəzində də həyata keçiriləcək”.

Избранный
29
1
yenigundem.az

2Источники