RU

Dilanla bacısı həbs oluna bilər

Bir müddət öncə azadlığa buraxılan məşhur türkiyəli fenomen Dilan Polat və bacısı Sıla Doğu həbs edilə bilər.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb bacıların 2 ay öncə Beşiktaşda restoranların birində əylənərkən bir-birini dodaqlarından öpməsidir.

Həmin hərəkətlərinə görə bacılar barəsində İstanbul Cümhuriyyət Baş Prokurorluğunda “əxlaqsız hərəkət” ittihamı ilə başladılan istintaq tamamlanıb və ittiham aktı hazırlanıb.

İddianamədə bacılar barəsində 6 aydan 1 ilə qədər həbs cəzası istənilib.

Bildirilib ki, onlar yaxın günlərdə hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu və qardaşı Can Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılmışdı. Dilan Polat avqustun 19-u, bir neçə gün sonra isə əri sərbəst buraxılmışdı.

Избранный
28
4
qafqazinfo.az

5Источники