RU

Tramp müharibəyə tez bir zamanda son qoymağı vəd edib

Tramp

ABŞ Prezidenti seçilən Donald Tramp təqaüddə olan general-leytenant Kit Kelloqu ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə nominasiya edib. Tramp müharibəyə tez bir zamanda son qoymağı vəd edib.

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp təqaüddə olan 80 yaşlı general-leytenant Keyt Kelloqu Ukrayna və Rusiya üzrə xüsusi elçisi seçib.

Kelloq Trampın ilk prezidentlik dövründə Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri vəzifəsində çalışıb.

Birinci Tramp administrasiyasında ABŞ-ın Ukrayna danışıqları üzrə xüsusi nümayəndəsi olan Kurt Volker deyir ki, Tramp yaxşı seçim edib.

“O, təcrübəli hərbi liderdir, üç ulduzlu generaldır ki, bu da olduqca əhəmiyyətlidir. Onun prezident Trampla yaxın münasibəti var, ona görə də onlar birbaşa ünsiyyət qura bilirlər,” ABŞ-ın keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyir.

Volker deyir ki, Kelloqun işi Trampın Ukraynadakı müharibəni tez bir zamanda bitirmək planını həyata keçirmək olacaq.

“Bu, prezident Trampın mesajlarını çatdırmaq, yerdəki reallığı və istənilən tərəfin mesajlarını çatdırmaqdır,” o deyir.

Kelloq Amerika Birinci Siyasət İnstitutunda Amerika Təhlükəsizliyi Mərkəzinin həmsədri kimi Ukraynada müharibəyə son qoymaq planının həmmüəllifi olub. O, ABŞ-a rəsmi “atəşkəs və danışıqlar yolu ilə həll yolu axtarmaq” siyasətinə başlamağı tövsiyə edib.

Bu plana əsasən, Kyiv Rusiya ilə danışıqlara razı olarsa, ABŞ Ukraynanı silahlandırmağa davam edəcək. Kelloq, Rusiyanı danışıqlarda iştirak etməyə inandırmaq üçün, Ukraynanın NATO-ya üzvlüyünü təhlükəsizlik zəmanəti müqabilində təxirə salmağı təklif edib. O, iyul ayında Amerikanın Səsinə planı barədə danışıb.

"Bu o demək deyil ki, Ukrayna təslim olacaq. Bu o demək deyil ki, onlar ərazilərdən əl çəkəcəklər," o deyib.

Kelloq Bayden administrasiyasını Ukraynaya hərbi dəstək vermək üçün kifayət qədər səy göstərmədiyinə görə tənqid edib.

Obama administrasiyası dövründə müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini olan Evelin Farkas onunla razılaşır.

“O, haqlı olaraq indiki administrasiyanın və əvvəlki administrasiyaların bəzi zəifliklərini vurğulayıb. Yəni biz Ukraynaya maddi cəhətdən kifayət qfət güclü dəstək verməmişdik….Düşünürəm ki, Tramp administrasiyası bacarıqlı mütəxəssis olan birinin təyin etmək və eləcə də bunu vacib prioritet kimi vurğulamaq baxımından yaxşı bir başlanğıc edib,” o deyir.

2003-2006-cı illərdə ABŞ-ın Ukraynadakı səfiri olan Con Herbst deyir ki, Kelloq Putinin Ukraynaya hərbi müdaxiləsinin Amerikanın Avropa və bütün dünyada maraqlarına təhlükə olduğunu başa düşür.

“O, başa düşür ki, müharibəni Trampın istədiyi kimi, Ukraynanın ayaqda qalmasını təmin edəcək şəkildə bitirmək Birləşmiş Ştatlar üçün vacibdir,” o deyir.

Trampın keçmiş milli təhlükəsizlik müşaviri olan, indi isə Trampı açıq şəkildə tənqid edən Con Bolton deyir ki, Kelloq bu iş üçün kifayət qədər təcrübəyə malik deyil.

“Onun özü də münaqişədən xəbərsizdir. O, bir çox baxımdan NATO-ya qarşı çıxır,” o deyir.

David Kramer Corc Buş administrasiyası dövründə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini olub.

O, Trampın təklif etdiyi milli təhlükəsizlik komandasını Ukrayna və Avropa üçün ümidverici əlamət olaraq görür.

“Mən hesab edirəm ki, general Kelloqun, məsələn, xüsusi elçi kimi seçilməsi çox ümidverici bir əlamətdir. Senator və ümid edirəm ki, dövlət katibi olacaq [Marko] Rubio da vəziyyəti yaxşı başa düşür. Milli təhlükəsizlik müşaviri Maykl Valtz çox güclü seçimdir,” Kramet bildirir.

Kelloqun X-də onu “Ukraynadakı müharibənin sülh yolu ilə həllinə sadiq” olduğunu bildirərək, tərifləyən Valtzla yaxından əməkdaşlıq edəcəyi gözlənilir.

Избранный
25
50
xalqcebhesi.az

10Источники